Pleyeri seçin:

Millimiz Slovakiya yığması ilə üz-üzə gəlib

15 oktyabr 2024 460 baxış

Azərbaycan yığması UEFA Millətlər liqasında 4-cü matçını keçirib.

Komandamız C liqasının 1-ci qrupu çərçivəsində Slovakiya seçməsini qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada azarkeşlər 4 qol görüblər.

Matçın 15-ci dəqiqəsində komandamızın heyətindən Rahil Məmmədov avtoqol müəllifi olub. Lakin 38-ci dəqiqədə tarazlıq bərpa olunub. Toral Bayramov rəqibin qapısını dəqiq nişan alıb. İlk hissə 1-1 hesablı bərabərliklə bitib.

İkinci yarıda seçməmiz azlıqda qalıb. 70-ci dəqiqədə Mahir Emreli ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Cəmi 5 dəqiqə sonra slovakiyalılar 2-ci topu yığmamızın qapısına göndərib. Lukaş Haraslin hədəfi dəqiq nişan alıb. Oyunda son nöqtəni David Duriş qoyub. Azərbaycan – Slovakiya: 1-3.

Qeyd edək ki, Azərbaycan millisi əvvəlki 3 qarşılaşmada Estoniya və Slovakiyaya 1-3, İsveçə isə 0-2 hesabı ilə məğlub olub. Bu nəticələrdən sonra aktivində xal olmayan yığmamız qrup sonuncusudur. 10 xalı olan İsveç və Slovakiya 1-ci, 2-ci yerləri bölüşdürür. Estoniya isə 3-xalla 3-cü yerdədir.

Banner
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 460 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 460 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 460 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 460 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 460 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 460 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 460 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 460 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 460 baxış
Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

İdman
26 oktyabr 2026 460 baxış
Seçilmişlər
icon