MMA Döyüşçümüz Mirəli Hüseynov kəmər döyüşündən qalib ayrılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı MMA döyüşçüsü Mirəli Hüseynov “Night of Champions” yarışında qələbə qazanıb.
İdmançımız Amerika Birləşmiş Ştatlarında keçirilən turnirdə yerli Sinjen Smitlə üz-üzə gəlib.
75 kq çəki dərəcəsində mübarizə aparan 29 yaşlı həmyerlimiz elə ilk raundda rəqibini nokauta salıb. Bununla da o, çempionluq kəmərinin sahibi olub.
Qeyd edək ki, sözügedən turnir idmançılara UFC-də iştirak etmək üçün vəsiqə verən Kaliforniyanın bir nömrəli döyüş təşkilatı olan “A1 Combat” tərəfindən təşkil olunub.
Əlavə edək ki, Mirəli Hüseynov bu ilin fevralında “Lights Out Xtreme Fighting” təşkilatında da kəmər qazanıb. İdmançımız yerli Tommi Aaronla üz-üzə gəlib və ilk raundda rəqibini nokauta salaraq kəmərin sahibi olub. Xatırladaq ki, peşəkar karyerası ərzində 11 döyüş keçirən Mirəli Hüseynov bunlardan 3-də məğlub olub, 8 dəfə isə qələbə qazanıb.
#MMA teqi istifadə olunub
- Nazim Sadıxov MMA-dən nə vaxt uzaqlaşacaq? - "Yarışa tamam başqa səviyyədə hazırlaşmışam" - Baku TV
- MMA döyüşlərində daha böyük uğurlar üçün hansı addımlar atılmalıdır? - İDMANDA NƏ BAŞ VERİR?
- Azərbaycanlı MMA döyüşçüsü nüfuzlu turnirdə daha bir görüş keçirəcək
- Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev məğlub oldu - Baku TV
- Güləş elementləri UFC-dən yığışdırılmalıdır? | İDMANDA NƏ BAŞ VERİR?
