Musa Qurbanlı Messinin komandasını izlədi
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ”ın futbolçusu Musa Qurbanlı “Park De Prens” stadionunda “Pari Sen-Jermen” komandasının matçını izləyib.
Qış fasiləsi zamanı Fransaya səyahət edən 20 yaşlı hücumçu Liqa 1-in 16-cı turu çərçivəsində PSJ - “Strasburq” görüşünə yollanıb. Oyunu Messi yazılan forma ilə izləyən Musa bununla bağlı şəxsi “Instagram” hesabında paylaşım edib.
Xatırladaq ki, Musa Qurbanlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. 2019-cu ildə “köhlən atlar”ın əsas heyətində debüt edən forvard cari mövsümdə 15 qarşılaşmada 12 dəfə rəqib qapılarına yol tapıb. Klubla Azərbaycan çempionatı və ölkə kubokunda qalib gələn Musa bu ildən Azərbaycan millisinin də aparıcı oyunçularından birinə çevrilib. O, yığma forması ilə 5 görüşdə 1 qolun müəllidir.
#Musa Qurbanlı teqi istifadə olunub
- “Qarabağ”ın hücumçusu meydanlara nə vaxt qayıdacaq? - Yeni idman xəbərləri
- “Qarabağ”ın futbolçuları, məşqçi heyəti və rəsmiləri işğaldan azad olunmuş bölgələrə səfər ediblər
- Musa Qurbanlı "Qarabağ"ı bu kluba dəyişə bilər
- Futbolçularımızın Avropadakı uğursuzluğunun əsas səbəbi | Ekspert rəyi
- Qurban Qurbanovun oğlu Musa Qurbanlı Rusiya kollektivlərinin diqqət mərkəzində
