Pleyeri seçin:

“Napoli” və “Milan”ın qalib gəldiyi turda “İnter” məğlub oldu

28 sentyabr 2023 304 baxış

İtaliya çempionatında 6-cı turun gözlənilməz nəticəsi “Cuzeppe Meatsa” arenasında qeydə alınıb.

“Sassuolo”nu qəbul edən “İnter” doğma meydanda məğlub olub. Hərçənd ki, ilk hissə Dumfrisin qolu sayəsində “neradzurri”nin üstünlüyü ilə yekunlaşıb. Ancaq “Sassuolo” Nedim Bayrami və Domeniko Berardinin qolları ilə dönüş edərək 2-1 hesablı qələbə qazanıb.

“İnter”dən fərqli olaraq son çempion “Napoli” azarkeşlərini sevindirib. 3 oyundur qalibiyyətə həsrət olan neapollular doğma meydanda “Udineze”ni 4-1 hesabı ilə məğlub ediblər.

“Napoli”dən Zelinski, Osimhen, Kvaratsxeliya və Simeonenin qollarına, qonaqlar yalnız Samarciçin topu ilə cavab veriblər.

Qeyri-sabit nəticələrlə diqqət çəkən “Latsio” da turu 3 xalla tamamlayıb. “Torino”nu qəbul edən “byankoselesti” Vesino və Dzakanyinin qolları sayəsində 2-0 hesabı ilə güclü olub.

Çempionluq yarışının daha bir iştirakçısı “Milan” isə 3 xalı 3 qolla qazanıb. Kalyari səfərində eyni adlı komanda ilə üz-üzə gələn “rossoneri” 29-cu dəqiqədə geriyə düşsə də, vəziyyəti dəyişə bilib. “Milan”ın heyətində Okafor, Tomori və Loftus-Çikin zərbələri dəqiq alınıb.

Bu nəticələrdən sonra 15 xalı olan “Milan” əzəli rəqibi “İnter”lə birlikdə 1-ci, 2-ci yerləri bölüşdürür. 2 xal geri qalan “Yuventus” 3-cü yerdədir. Skudettonun son sahibi “Napoli” isə 11 xalla 5-cidir.

Banner
Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

Arda Turan "İnter"ə məğlubiyyətdən sonra açıqlama verib - Baku TV

İdman
22 oktyabr 2026 304 baxış
Skaloni Argentina millisi ilə yeni müqavilə imzaladı

Skaloni Argentina millisi ilə yeni müqavilə imzaladı

İdman
22 oktyabr 2026 304 baxış
Dünya futbolunun diqqəti Bakıda | Futbol marafonu başladı - Baku TV

Dünya futbolunun diqqəti Bakıda | Futbol marafonu başladı - Baku TV

İdman
22 oktyabr 2026 304 baxış
“Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV

“Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV

İdman
21 oktyabr 2026 304 baxış
“Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri

“Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri

İdman
21 oktyabr 2026 304 baxış
İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri

İngiltərə nəhəngləri Feliks Nmeçanın transferi ilə maraqlanırlar | Yeni idman xəbərləri

İdman
20 oktyabr 2026 304 baxış
Kikboksçularımız DÇ-də necə nəticə göstərdilər? - Yeni idman xəbərləri - Baku TV

Kikboksçularımız DÇ-də necə nəticə göstərdilər? - Yeni idman xəbərləri - Baku TV

İdman
20 oktyabr 2026 304 baxış
Tovuzda keçiriləcək Çempionlar Liqası matçına hazırlıq tam başa çatdı - Baku TV

Tovuzda keçiriləcək Çempionlar Liqası matçına hazırlıq tam başa çatdı - Baku TV

İdman
20 oktyabr 2026 304 baxış
Gəncədəki beynəlxalq şahmat turnirinin qalibi Fərid Orucov oldu - Baku TV

Gəncədəki beynəlxalq şahmat turnirinin qalibi Fərid Orucov oldu - Baku TV

İdman
19 oktyabr 2026 304 baxış
Gimnastlarımız Dünya Kubokunda qalib oldular

Gimnastlarımız Dünya Kubokunda qalib oldular

İdman
19 oktyabr 2026 304 baxış
Seçilmişlər
icon