Pleyeri seçin:
“Neftçi” 10-cu tur qarşılaşmasına hazırlığı başa vurmaq üzrədir
“Neftçi” komandası Azərbaycan Premyer liqasında növbəti matçına hazırlığı başa vurmaq üzrədir. “Ağ-qaralar” 10-cu turda “Səbail”i qəbul edəcək.
“Neftçi Arena”da keçiriləcək qarşılaşma oktyabrın 19-u saat 18-də start götürəcək. Oyunun baş hakimi isə Rauf Cabbarov olacaq.
Qeyd edək ki, “Neftçi” bu görüşə yeni baş məşqçi Samir Abasovun rəhbərliyi ilə hazırlaşıb. 1-ci dövrəni qələbəsiz başa vuran paytaxt təmsilçisi bu matçla uğursuzluq zolağından çıxmaq niyyətindədir. Belə ki, 9 turdan sonra 5 xalı olan “ağ-qaralar” hazırda 9-cu pillədə qərarlaşıb. “Neftçi”nin rəqibi “Səbail”ə gəldikdə, “dənizçilər” ötən tur “Şamaxı”ya 2-0 hesabı ilə qalib gələrək 4 oyunluq məğlubiyyət seriyasını sonlandırıblar.
Kopyalandı
#Neftçi FK teqi istifadə olunub
- Filippe Koutinyo “Santos”da Neymarın komanda yoldaşı oldu
- Məhəmməd Salah "Trabzonspor"da rekorda imza atdı | Yeni idman xəbərləri - Baku TV
- Kərim Benzema “Əl-Hilal”dan ayrıldı | Yeni idman xəbərləri
- Murad Məmmədov təxminən 3 həftə futboldan uzaq qalacaq
- "Neftçi" "Araz-Naxçıvan" üzərində böyük hesabla qələbə qazandı | Yeni idman xəbərləri - Baku TV
