“Neftçi” avrokuboklarda mübarizəni dayandırıb
“Neftçi” UEFA Konfrans liqasının III təsnifat mərhələsində cavab matçına çıxıb. Bakı təmsilçisi Türkiyədə “Beşiktaş” kollektivinin qonağı olub.
“Vodafon Park” arenada keçirilən oyunda hesabı komandamız açıb. 36-cı dəqiqədə Emin Mahmudov “flaqman”ı irəli çıxarıb.
İlk hissə təmsilçimizin minimal üstünlüyü ilə yekunlaşıb. Lakin 2-ci yarıda “Beşiktaş” dönüş etməyi bacarıb. Bakıdakı matçda da fərqlənən Vensan Abubakar 57-ci dəqiqədə tarazlığı bərpa edib. Çox keçmədən Cekson Muleka İstanbul təmsilçisini irəli keçirib. Qalan vaxda da təşəbbüsü əldən verməyən “Beşiktaş” görüşdə 2-1 hesabı ilə qalib olub.
Bu komandalar arasında ilk oyun İstanbul təmsilçisinin 3-1 hesablı qələbəsi ilə başa çatdığı üçün iki oyunun “qara-qartallar” yekununda pley-off mərhələsinə yüksəlib. Burada İstanbul nəhənginin rəqibi Ukraynanın “Dinamo” Kiyev klubu olacaq.
#Neftçi PFK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
- Filippe Koutinyo “Santos”da Neymarın komanda yoldaşı oldu
