“Neftçi” bu gün “Sumqayıt”la üz-üzə gələcək
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” klubu bu gün Premyer Liqada növbəti matçına çıxacaq.
“Ağ-qaralar” 16-cı tur çərçivəsində “Sumqayıt” kollektivi ilə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq oyuna saat 18-də start veriləcək. Görüşün baş hakimi Fərid Hacıyev olacaq. Ona Rəhman İmami və Kamran Bayramov köməklik göstərəcəklər.
Vacib qarşılaşma öncəsi paytaxt klubunun heyətində bəzi itkilər var. Belə ki, zədəli olan Emin Mahmudov və Azər Salahlı ilə yanaşı, cəzalılar – Yuri Matias və Edvin Kuç matçı buraxacaqlar.
Qeyd edək ki, “Neftçi” Premyer Liqada son olaraq “Qarabağ”la üz-üzə gəlib. Oyun “köhlən atlar”ın 3-0 hesablı qələbəsi ilə bitib. Azərbaycan Kubokunda da mübarizəyə start verən “ağ-qaralar” ilk matçda “Difai” kollektivinə 6-0 hesabı ilə qalib gəlib.
Əlavə edək ki, hazırda aktivində 13 xalı olan “Neftçi” çempionatda 8-ci pillədə qərarlaşıb. 16 xalı olan olan “Sumqayıt” isə 6-cı yerdədir.
#Azərbaycan Premyer Liqası teqi istifadə olunub
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
- Azərbaycan cüdoçuları Avropa çempionatından 5 medalla qayıtdı - Baku TV
- Coy-Lens Mikels Premyer Liqanın ən məhsuldar legioneri oldu
- Azərbaycan Premyer Liqasının III turunda nələr yaşandı? - Yeni idman xəbərləri - Baku TV
- Son çempion "Çorum"la bacara bilmədi | Yeni idman xəbərləri - Baku TV
