Pleyeri seçin:
“Neftçi” klubu ilə İtaliyanın məşhur idman brendi arasında sponsorluq müqaviləsi bağlanıb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” klubu ilə İtaliyanın məşhur idman brendi “Kappa” şirkəti arasında sponsorluq müqaviləsi bağlanılıb. Anlaşmanın müddəti 2 ildir.
Razılaşmaya əsasən, “Kappa” “Neftçi”nin əsas komandası üçün 3 eksklüziv dizaynlı oyun forması, həmçinin məşq və nümayiş dəstləri hazırlayacaq.
Bundan əlavə, əsas, əvəzedici, qadın və akademiya komandaları “Kappa” istehsalı olan geyim dəstləri ilə təchiz ediləcək. Tezliklə klubun “Neftçi Arena”dakı fan mağazasında bu geyim dəstlərinin azarkeşlər üçün fiziki və onlayn satışı da təşkil olunacaq.
Kopyalandı
