“Neftçi” klubunda daha bir ayrılıq
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov klubla qarşılıqlı razılıq əsasında yollarını ayırıb. Bu barədə “ağ-qaralar”ın Mətbuat Xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi F.Mahmudova göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
“Fərrux Mahmudova fəaliyyəti ərzində uzunmüddətli perspektivdə müsbət dəyişikliyə səbəb olacaq yeni işlərin təməlinin qoyulmasında göstərdiyi xidmətlərə görə təşəkkür edirik”, – deyə klubdan bildirilib.
Qeyd edək ki, cari mövsümdə uğursuz çıxışı ilə diqqət çəkən və son turda “Sabah” kollektivinə 1-0 hesabı ilə məğlub olan “Neftçi çempionatı 56 xalla 5-ci pillədə tamamlayıb və Avrokuboklardan kənarda qalıb. Eyni zamanda “ağ-qaralar” ölkə kubokunun yarımfinalında “Qarabağ”a məğlub olaraq burada da mübarizəni dayandırıblar.
#Neftçi PFK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
- Filippe Koutinyo “Santos”da Neymarın komanda yoldaşı oldu
