Pleyeri seçin:
“Neftçi” paraqvaylı futbolçu ilə müqavilə imzalayıb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” klubu yeni transferini açıqlayıb. “Flaqman” heyətini paraqvaylı futbolçu Dieqo Valdeslə gücləndirib.
Bildirilir ki, 29 yaşlı oyunçu “ağ-qaralar”la 1 illik müqavilə imzalayıb. Tərəflər arasında razılığa əsasən, sözləşmənin müddətini daha 1 illik uzatmaq mümkün olacaq. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Valdes “Neftçi”də 6 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Dieqo Valdes son olaraq Paraqvayın “Qvayrenya” komandasında top qovub. Bundan başqa, o, ölkəsində “San Lorenso”, “Sol de Amerika” və “Quarani” klublarının da şərəfini qoruyub.
“Transfermarkt” portalına əsasən, dəyəri 225 min avro olan təcrübəli oyunçu 1 görüşdə Paraqvay millisinin heyətində də forma geyinib.
Kopyalandı
#Neftçi PFK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
- Filippe Koutinyo “Santos”da Neymarın komanda yoldaşı oldu
