“Neftçi” Premyer Liqada 19-cu turun oyununa çıxıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” komandası qış fasiləsindən sonra ilk rəsmi matça çıxıb.
“Ağ-qaralar” Premyer liqanın 19-cu turunda “Sabah” kollektivini qəbul edib.
“Neftçi Arena”da baş tutan oyunda 2 qol qeydə alınıb. Görüşün ilk hissəsində qapılar önündə təhlükəli vəziyyətlər yaransa da, hesab açılmayıb.
Matçda ilk qol 77-ci dəqiqədə vurulub. Meydan sahiblərinin üzvü Azər Salahlı topu komandasının qapısına göndərib.
Avtoqoldan sonra fəallaşan “Neftçi” cəmi 2 dəqiqə sonra tarazlığı bərpa edib. Andrey Ştohrin fərqlənib. Qalan vaxtda tərəflərin səylərinə baxmayaraq, başqa qol olmayıb.
Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran “ağ-qaralar” yarış cədvəlində 7-ci yerdədir. 27 xal toplayan “bayquşlar” isə 5-cidir.
Qeyd edək ki, “Neftçi” növbəti turda “Araz-Naxçıvan”ın qonağı olacaq. Yanvarın 26-sı keçiriləcək görüş saat 16:00-da başlayacaq.
#Neftçi PFK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
- Filippe Koutinyo “Santos”da Neymarın komanda yoldaşı oldu
