“Neftçi” Premyer liqada növbəti matçına çıxır
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” komandası Premyer Liqadakı növbəti matç üçün hazırlıqlarını başa vurub.
“Ağ-qaralar” 11-ci tur çərçivəsində “Sabah” komandası ilə üz-üzə gələcək. Bank Respublika Arenada keçiriləcək qarşılaşmaya saat 17-də start veriləcək. Görüşün baş hakimi isə Tural Qurbanov olacaq. Hər iki kollektiv oyuna tam heyətlə hazırlaşır.
Xatırladaq ki, “ağ-qaralar” 10-cu turda son matçını “Səbail”ə qarşı keçirib. Bu oyunda 3-1 hesablı qələbə qazanan paytaxt klubu cari mövsümdə ilk 3 xalı aktivinə yazdırıb. “Neftçi” hazırda 8 xalla 8-ci yerdədir.
Son qarşılaşmada “Zirə” ilə bərabərlik əldə edən “Sabah” komandası isə 16 xalla 5-ci pillədə qərarlaşıb.
Maraq üçün deyək ki, “Neftçi” və “Sabah” komandaları bu günə qədər 26 dəfə üz-üzə gəlib.
#Azərbaycan Premyer Liqası teqi istifadə olunub
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
- Azərbaycan cüdoçuları Avropa çempionatından 5 medalla qayıtdı - Baku TV
- Coy-Lens Mikels Premyer Liqanın ən məhsuldar legioneri oldu
- Azərbaycan Premyer Liqasının III turunda nələr yaşandı? - Yeni idman xəbərləri - Baku TV
- Son çempion "Çorum"la bacara bilmədi | Yeni idman xəbərləri - Baku TV
