“Neftçi” Premyer Liqanın 21-ci turunda “Sumqayıt”ın qonağı olub
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” Premyer liqanın 21-ci turunda “Sumqayıt” kollektivinin qonağı olub.
Mehdi Hüseynzadə adına stadionda keçirilən görüşdə hesabı meydan sahibləri açıblar. 8-ci dəqiqədə Kazimir Ninqa “ağ-qaralar”ın qapısına yol tapıb. 37-ci dəqiqədə “kimyaçılar” fərqi 2-yə çatdırıblar. Ninqa özünün və komandasının 2-ci qolunu vurub.
2-ci yarıda “Neftçi” təzyiqi artırıb. Ancaq qonaqlar yalnız 1 topun əvəzini çıxıblar. Əsas vaxta artırılan dəqiqələrdə Filip Ozobiç 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. “Sumqayıt” – “Neftçi”: 2-1.
Bu qələbədən sonra xallarının sayını 34-ə çatdıran “Sumqayıt” 2-ci pilləyə qalxıb. 21 turdan sonra 32 xalı olan “Neftçi” isə 3-cü yerdədir. Qeyd edək ki, “Neftçi” növbəti oyunda “Araz-Naxçıvan”ın, “Sumqayıt” isə “Zirə”nin qonağı olacaq.
#Neftçi PFK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
- Filippe Koutinyo “Santos”da Neymarın komanda yoldaşı oldu
