Pleyeri seçin:
“Neftçi” yeni mövsüm üçün ilk futbolçu transferini rəsmiləşdirib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” yeni mövsüm üçün ilk futbolçu transferini rəsmiləşdirib.
Bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D Almeyda "ağ-qaralar"a keçib. 29 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Fransanın Bordo şəhərində anadan olan Sessi D Almeyda eyniadlı klubun yetirməsidir. O, Fransa, İngiltərə, Portuqaliya liqalarında çıxış edib. Son mövsümü Kiprin “Apollon" komandasında keçirən yarımmüdafiəçi 34 matçda meydana çıxıb. Futbolçu bir qola imza atdığı Benin millisi ilə bu il dekabrın 21-dən 2026-cı il yanvarın 18-nə qədər Mərakeşdə keçiriləcək Afrika Millətlər Kubokuna vəsiqə qazanıb.
Kopyalandı
#Sessi D Almeyda teqi istifadə olunub
