Pleyeri seçin:
“Neftçi”nin 17 yaşadək futbolçuları “Beşiktaş”ın məşqini izləyib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” klubu Türkiyə nəhəngi “Beşiktaş”ın qonağı olub.
“Ağ-qaralar”ın 17 yaşadək futbolçuları “qara qartallar”ın əsas komandası ilə görüşüblər.
Bu barədə “Neftçi”nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilir ki, görüşdə “Beşiktaş”ın baş məşqçisi Ule-Qunnar Sulşer və Bakı klubunun idman direktoru Zaur Əzizov da iştirak ediblər.
Eyni zamanda yeniyetmə oyunçularla “Neftçi” rəsmiləri əsas komandanın məşqini izləyiblər. Ule-Qunnar Sulşer və Zaur Əzizov isə bir-birilərinə klublarının formalarını hədiyyə ediblər.
Qeyd edək ki, “Neftçi”nin 17 yaşadək futbolçulardan ibarət komandası Türkiyədə beynəlxalq turnirdə iştirak edir.
Kopyalandı
#Beşiktaş FK teqi istifadə olunub
- Maradonanın "Tanrının əli" topu rekord qiymətə satıldı | Yeni idman xəbərləri
- “Fənərbağça” və “Beşiktaş”dan sürpriz transferlər | Yeni idman xəbərləri - Baku TV
- "Beşiktaş"ın hücumçusu "Neftçi"yə niyə gəlmədi? - Yeni idman xəbərləri - Baku TV
- “Beşiktaş” klubundan 2 sürpriz transfer | Yeni idman xəbərləri - Baku TV
- "Beşiktaş" Sergen Yalçınla yollarını niyə ayırdı? - Yeni idman xəbərləri - Baku TV
