“Neftçi”nin kubokdakı görüşü ilə bağlı vacib məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” komandasının Azərbaycan Kubokundakı növbəti matçının vaxtı açıqlanıb.
“Ağ-qaralar” 1/4 finalın ilk qarşılaşmasında “Kəpəz”lə üz-üzə gələcək.
Görüş fevralın 5-i Tovuz şəhər stadionunda keçiriləcək. Oyunun start fiti saat 16:00-da veriləcək.
Komandalar arasında 2-ci matç isə “Neftçi Arena”da təşkil olunacaq. Bu qarşılaşma fevralın 27-si saat 17:00-da baş tutacaq.
Qeyd edək ki, “Neftçi” qış fasiləsi ərəfəsində son olaraq çempionatda “Turan Tovuz”la üz-üzə gəlib. 18-ci turun görüşü 1-1 hesabı ilə bitib. Bu nəticədən sonra aktivində 17 xal olan paytaxt klubu Premyer liqada 8-ci pillədə qərarlaşıb. Qış fasiləsindən sonra isə “Neftçi” çempionatda ilk olaraq “Sabah”la qarşılaşacaq. “Ağ-qaralar”ın meydanında keçiriləcək oyun yanvarın 19-u saat 18:30-da başlayacaq.
#Kəpəz FK teqi istifadə olunub
- “Kəpəz” - “Şamaxı” matçında tamaşaçı rekordu qırıldı | Yeni idman xəbərləri
- "Kəpəz"in futbolçusunu küçənin ortasında bıçaqladılar | Hadisə ilə bağlı təcili məlumat - Baku TV
- Çempionatda mübarizə gərginləşir | "Kəpəz" ölkə futbolu üçün nə vəd edir? - İDMANDA NƏ BAŞ VERİR?
- “Kəpəz” səfərdə Ağdam klubunu 2:0 hesabı ilə məğlub etdi
- Ölkə çempionatı davam edir | "Qarabağ", "Sabah" və "Kəpəz" müzakirə olundu - İDMANDA NƏ BAŞ VERİR?
