Ölkəmiz XXXIII Yay Olimpiya Oyunlarında 7 medal qazandı
Yeniliklərdən dərhal xəbərdar olun
Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarını Azərbaycan ümumilikdə 7 medalla başa vurub.
Yarışda ölkəmizə ilk və yeganə qızıl medalları cüdoçularımız Hidayət Heydərov və Zelim Kotsoyev qazandırıb. Ardınca taekvondoçumuz Qaşım Maqomedov və boksçumuz Alfonso Dominges olimpiadada ikinci yerin sahibi kimi gümüş mükafata yiyələniblər.
Yarışın son medalları isə güləşçilərimizin aktivindədir. Belə ki, yunan-Roma güləşçimiz Həsrət Cəfərov və sərbəst güləşçilərimiz Giorgi Meşvildişvili ilə Maqomedxan Maqomedov bürünc mükafatların sahibi olublar.
Qeyd edək ki, iyulun 26-sı start götürən olimpiadada ölkəmiz 15 növdə 48 idmançı ilə təmsil olunub. Maraq üçün deyək ki, Yay Olimpiya Oyunlarında ilk üçlükdə Çin, ABŞ və Avstraliya yer alıb.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
