Ötən tur “Səbail” üzərində inamlı qələbə qazanan “Neftçi” növbəti matça hazırlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Premyer Liqasının 35-ci turunda “Səbail” üzərində inamlı qələbə qazanan “Neftçi” növbəti matça hazırlaşır.
“Ağ-qaralar” 36-cı turda “Sabah”ın qonağı olacaq. “Bayquşlar”ın ev oyunlarını keçirdiyi arenada təşkil olunacaq görüş mayın 24-ü baş tutacaq. Qarşılaşmanın start fiti isə saat 19:30-da veriləcək.
Qeyd edək ki, “Neftçi” ötən turda “Səbail”i 3-0 hesabı ilə məğlub edib. Dembo Darbonun 1-ci dəqiqədə vurduğu qolla irəli çıxan meydan sahibləri fasiləyə qədər Ağadadaş Salyanskinin topu ilə üstünlüyünü möhkəmləndirib. 79-cu dəqiqədə Aleks Fernandesin qolu isə yekun nəticəni müəyyənləşdirib.
Bu qələbədən sonra məğlubiyyətsizlik seriyasını 4 oyuna çatdıran “ağ-qaralar” yarış cədvəlində 6-cı yerdə qərarlaşıb. Komandanın aktivində 43 xal var. “Neftçi”nin budəfəki rəqibi “Sabah” isə 45 xalla 5-ci pillədə qərarlaşıb.
#Sabah FK teqi istifadə olunub
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri
- Azərbaycan UEFA reytinqində irəlilədi | Yeni idman xəbərləri - Baku TV
- Fərid Qayıbov Respublika Olimpiya İdman Liseyinin əhəmiyyətini vurğulayıb
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
