Planetin ən dəyərli futbol klubu hansıdır?
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur “Forbes” jurnalı öz versiyasına görə dünyanın ən bahalı klublarının siyahısını açıqlayıb.
Siyahıya İspaniya çempionatının qalibi “Real” başçılıq edir. Nəşr Madrid təmsilçisini 6,6 milyard dollar məbləğində dəyərləndirir.
2-ci pillədə son illərdə uğursuz nəticələrlə diqqət çəkməsinə baxmayaraq, maliyyə dayanıqlığını itirməyən “Mançester Yunayted” qərarlaşıb. İngiltərə komandasının dəyəri 6,5 milyard dollardır.
Ən bahalı klubların ilk üçlüyünü “Barselona” qapayır. Böyük kredit borcları olan “blauqrana”nın dəyəri 5,6 milyard dollardır.
Ümumiyyətlə, ilk onluqda İngiltərə kollektivləri çoxluq təşkil edir. Burada Premyer liqanın qalibi “Mançester Siti” ilə yanaşı, “Liverpul”, “Tottenhem”, “Çelsi” və “Arsenal” mövqe tutublar.
Bundan başqa, ilk onluqda Almaniya nəhəngi “Bavariya” və Fransa çempionu “Pari Sen-Jermen” də var. Onların dəyəri müvafiq olaraq 5 və 4,4 milyard dollardır.
#Real Madrid FK teqi istifadə olunub
- "Real Madrid" La Liqa prezidentinin istefasını tələb edib | Yeni idman xəbərləri - Baku TV
- Braziliyalı ulduz futbolçuya dörd oyunluq diskvalifikasiya cəzası verilib - Baku TV
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
- Joze Mourinyo braziliyalı oyunçunu ehtiyatda saxlayacaq?
- Millimiz Litva ilə bacarmadı - Yeni idman xəbərləri - Baku TV
