Premyer Liqada 20-ci tura "Qarabağ" - "Turan Tovuz" matçı ilə yekun vurulub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Premyer liqasında 20-ci turun mərkəzi matçı “Qarabağ” və “Turan Tovuz” arasında olub.
“Azərsun Arena”da keçirilən qarşılaşmada hesab erkən açılıb. 7-ci dəqiqədə Musa Qurbanlı “köhlən atlar”a üstünlük qazandırıb: 1-0. Fasiləyədək başqa qol olmayıb.
2-ci hissədə təzyiqi artıran qonaqlar dönüş etməyi bacarıblar. Tovuz təmsilçisinin səyləri 89-cu dəqiqədə nəticə verib. Kauan tarazlığı bərpa edib.
Bundan sonra da hücumlarını davam etdirən “Turan” əsas vaxta artırılan dəqiqələrdə qələbə qolunu vurub. Otto Conun zərbəsi baş məşqçi Qurban Berdıyevin komandasına 3 xal qazandırıb. “Qarabağ” – “Turan-Tovuz”: 1-2.
Qalibiyyət sayəsində xallarının sayını 35-ə çatdıran Tovuz kollektivi 4-cü yerdədir. 50 xalı olan “Qarabağ” isə yarış cədvəlinin vahid lideridir.
Qeyd edək ki, “Turan-Tovuz” fevralın 1-i növbəti tur çərçivəsində “Səbail”i qəbul edəcək. Ağdam təmsilçisi isə fevralın 2-si “Zirə”nin qonağı olacaq.
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
