“Qalatasaray” Çempionlar Liqasında qrup mərhələsinə yüksəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə nəhəngi “Qalatasaray” tarixində 17-ci dəfə UEFA Çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
“Sarı-qırmızılar” səfərdə 3-2 hesabı ilə qalib gəldikləri görüşün revanşında Norveç təmsilçisi “Molde”ni “Rams Park” stadionunda qəbul edib.
Qarşılaşmada hesab 7-ci dəqiqədə açılıb. Argentinalı ulduz Mauro İkardi penaltini dəqiq yerinə yetirərək komandasının ilk qolunu vurub. “Cimbom” fasiləyə 1-0 hesablı üstünlüklə yollanıb.
Lakin 2-ci yarıda hücumlarını sürətləndirən “Molde” tarazlığı bərpa edib. Eyrik Hestad fərqlənib. Bununla belə “Qalatasaray” qələbə topunu vurmağı bacarıb. 93-cü dəqiqədə Anxelinyo görüşdə son nöqtəni qoyub.
Cavab matçında qazandığı 2-1 hesablı qalibiyyətdən sonra 2 oyunun yekununda 5-3 hesabı ilə güclü olan İstanbul təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin qrupuna yüksəlib.
#UEFA Çempionlar Liqası teqi istifadə olunub
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri
- Sərnişinlərin nəzərinə | Metroda sizi hansı dəyişiklik gözləyir? - Baku TV CANLI
- Çempionlar Liqasında ikinci turun ən maraqlı qarşılaşmaları - Baku TV
- Azərbaycan UEFA reytinqində irəlilədi | Yeni idman xəbərləri - Baku TV
