“Qalatasaray” Çempionlar liqasının pley-offunda qələbə qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Qalatasaray” klubu UEFA Çempionlar liqasında pley-off mərhələsinin ilk matçında qələbə qazanıb. İstanbul nəhəngi İsveçin Mölde şəhərində eyni adlı komandanın qonağı olub.
“Aker” stadionunda keçirilən oyunda meydan sahibləri Martinq Ellinqsenin qolu ilə 8-ci dəqiqədə hesabı açıblar. 25-ci dəqiqədə Serjiu Oliveyra “cim-bom”un bərabərlik qolunun müəllifi olub. Az sonra Mauro İkardi “Qalatasaray”ı irəli çıxarıb: 2-1. İlk yarıda başqa qol olmayıb.
56-cı dəqiqədə Kristofer Hauqen tarazlığı bərpa edib. Lakin “sarı-qırmızılar” qələbə topunu vurmağı bacarıblar. Fredrik Midtşö matçda yekun nəticəni müəyyənləşdirib. “Mölde” – “Qalatasaray”: 2-3.
Qeyd edək ki, bu klublar arasında cavab görüşü avqustun 29-u İstanbul şəhərində keçiriləcək.
#UEFA Çempionlar Liqası teqi istifadə olunub
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri
- Sərnişinlərin nəzərinə | Metroda sizi hansı dəyişiklik gözləyir? - Baku TV CANLI
- Çempionlar Liqasında ikinci turun ən maraqlı qarşılaşmaları - Baku TV
- Azərbaycan UEFA reytinqində irəlilədi | Yeni idman xəbərləri - Baku TV
