“Qalatasaray” transferlərinin sayını 13-ə çatdırdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Qalatasaray” klubu heyətini daha 2 məşhur futbolçu ilə gücləndirib.
“Sarı-qırmızılar” “Tottenhem”in müdafiəçisi Davinson Sançes və yarımmüdafiəçisi Tanqi Ndombeleni komandaya cəlb edib. Bu barədə klubun rəsmi saytında məlumat verilib.
İstanbul təmsilçisi Davinson Sançesə görə İngiltərə klubuna 9,5 milyon avro ödəyib. 27 yaşlı kolumbiyalı futbolçu Türkiyə nəhəngi ilə 4 illik müqavilə imzalayıb. Onun məvacibi isə 3 milyon avro olacaq.
Tanqi Ndombeleyə gəldikdə, o, “cimbom”a 1 illik icarə əsasında qoşulub. Tərəflər arasında razılığa əsasən, “Qalatasaray” fransalı futbolçunu tam olaraq heyətinə qatmaq istəsə, 15 milyon avro ödəməlidir.
Qeyd edək ki, Davinson Sançes karyerası ərzində ölkəsinin “Atletiko Nasyonal” və Niderlandın “Ayaks” klublarında çıxış edib. 26 yaşlı Tanqi Ndombele isə Fransanın “Amyen” və “Lion”, eləcə də İtaliyanın “Napoli” komandasında top qovub.
