“Qalatasaray”ın sabiq futbolçusu “Sabah” klubunda
Yeniliklərdən dərhal xəbərdar olun
“Sabah” klubu daha bir transferini açıqlayıb.
“Bayquşlar” son olaraq “Eyüpspor” klubunda çıxış edən Cessi Sekidikanı heyətə qatıblar. 27 yaşlı forvardla 2 illik müqavilə imzalanıb. O, Bakı təmsilçisində 70 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, C.Sekidika əsasən Türkiyə klublarında çıxışına görə tanınır. O, müxtəlif vaxtlarda bu ölkənin “Qalatasaray", “Eskişehirspor”, “Konyaspor”, “Eyüpspor”, “Ümraniyespor” və Belçikanın “Leven” klublarında top qovub. “Transfermarkt” portalına əsasən, dəyəri 500 min avro olan Cessi son komandası “Eyüpspor”dan azad agent kimi ayrılıb.
Xatırladaq ki, “Sabah” kollektivi yay transfer pəncərəsində 7 oyunçunu heyətinə qatıb. Klub Jarl Marqarita, Ayaz Quliyev, Maruan Hadudi, Vensan Til, Rəhman Daşdəmirov və Sofian Çaklanı komandaya cəlb edib.
#Sabah FK teqi istifadə olunub
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri
- Azərbaycan UEFA reytinqində irəlilədi | Yeni idman xəbərləri - Baku TV
- Fərid Qayıbov Respublika Olimpiya İdman Liseyinin əhəmiyyətini vurğulayıb
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
