site.post.choose_player

“Qarabağ” Avropa Liqasında nə üçün sonuncu yeri tutdu? | TƏHLİL

31 yanvar 2025 site.post.view

“Qarabağ” klubunun bu mövsüm avrokubok macərası növbəti fiasko ilə bitdi. “Olimpiakos”a 0-3 hesablı məğlubiyyət bir növ komandanın bu yarışda çıxışının ümumi göstəricisi idi.

Hücumda olan problemlər bu qarşılaşmada da açıq aşkar gözə çarpırdı. Oyunçuların “steril” şəkildə topa nəzarət edərək, qol vəziyyətləri yaratmaqda çətinlik çəkməsi Avropa liqasının əvvəlki matçlarında da diqqətdən qaçmırdı. Ancaq Pirey səfərindən əvvəl artıq pley-off imkanlarını itirən “köhlən atlar”ın “qapını möhkəm çırparaq” turnirlə vidalaşacağını gözləyənlər az deyildi. Lakin 90 dəqiqənin yekununda, hətta demək olar ki, görüşün gedişatında ümidlər puç oldu. “Qarabağ” növbəti dəfə həm fanatlarını, həm də ölkəmizin avrokuboklardakı yeganə təmsilçisi olduğu üçün ona azarkeşlik edən hər kəsi məyus etdi.

Bu uğursuz nəticədən sonra, əlbəttə ki, “nə üçün belə oldu?” sualı yaranır. Ötən mövsüm bu turnirin 1/8 finalına qədər irəliləyən, öz oyunu ilə hər kəsi valeh edən “Bayer Leverkuzen”lə başabaş mübarizə aparan “Qarabağ”a bu mövsüm nə mane oldu? Bir çox mütəxəssis Ağdam klubunun zəif çıxışını hücumçuların qol imkanlarından istifadə etməməsi ilə əsaslandırır.

Belə olan halda bir neçə sual yaranır. Artıq dekabr ayından Juninyonun yanvarda gedəcəyi bilindiyi halda, klub nəyə görə irəli xətt üçün yeni futbolçu axtarışını sürətləndirmədi? Qış keçid dövrünün açıq olmasına baxmayaraq, nə üçün komandaya hələ də yeni forvard cəlb olunmayıb? Mövsümün ortası olduğu nəzərə alsaq, “köhlən atlar” icarə əsasında olsa belə bu zonanı gücləndirməli idi. Lakin klub qərar verməyə tələsmədi. Nəticə isə göz qabağındadır.

Tənqidlərə səbəb olan daha bir vacib məqam standart vəziyyətlərdir. “Qarabağ”ın künc zərbələrində zəif müdafiə olunduğunu artıq bilməyən qalmayıb. Bu amilin kulminasiya nöqtəsi isə Rumıniyanın FCSB kollektivi ilə matç idi. Həmin görüşdə rəqibin bütün qolları məhz standart vəziyyətlərdən sonra vurulmuşdu.

Nə üçün məşqçilər və komanda bu vəziyyəti hələ də düzəltməyib? Son vaxtlar Avropada künc zərbələri deyəndə ağıla gələn ilk komanda “Arsenal” idi. Baş məşqçi Mikel Artetanın yetirmələrinin “korner”lərdən məharətlə istifadə etməsi heç kəsə sirr deyil. İndi isə hər kəs “Qarabağ”ın künc zərbələrindən danışır. Amma “Arsenal”dan fərqli olaraq, Ağdam təmsilçisi öz qapısı qarşısında baş verənlərə görə diqqət mərkəzinə düşüb.

Şübhəsiz, bu zəif göstəricidən sonra klub rəhbərliyi və məşqçilər korpusu müəyyən nəticələr çıxaracaq. Ola bilsin ki, biz artıq yeni mövsümdə yeni “Qarabağ” görəcəyik. Bunun üçün isə artıq indidən səhvləri təhlil etməyə başlamaq lazımdır. Azərbaycanlı futbolsevərlər bu komandanın məğlub olduğu oyunlarda belə sona qədər mübarizə aparmasına öyrəşiblər. Bu avrokubok tsiklində isə biz həmin “Qarabağ”ı görə bilmədik.

"Formula 1" komandası hücuma məruz qalıb

"Formula 1" komandası hücuma məruz qalıb

İdman
14 noyabr 2025 site.post.view
Milli komanda 3 medal qazanıb

Milli komanda 3 medal qazanıb

İdman
14 noyabr 2025 site.post.view
VI İslam Həmrəyliyi Oyunlarında 11 medal qazanan ağırlıqqaldıranlarımız Vətənə qayıdıblar

VI İslam Həmrəyliyi Oyunlarında 11 medal qazanan ağırlıqqaldıranlarımız Vətənə qayıdıblar

İdman
14 noyabr 2025 site.post.view
Avropanın ən istedadlı gimnastları Gəncədə toplaşdı

Avropanın ən istedadlı gimnastları Gəncədə toplaşdı

İdman
14 noyabr 2025 site.post.view
“Qarabağ”ın “Napoli” ilə səfər oyunu öncəsi azarkeşlər komandanın şanslarını dəyərləndirdi

“Qarabağ”ın “Napoli” ilə səfər oyunu öncəsi azarkeşlər komandanın şanslarını dəyərləndirdi

İdman
14 noyabr 2025 site.post.view
8-ci km qəsəbə stadionunda baş tutan oyun 0:2 hesabı ilə yekunlaşıb

8-ci km qəsəbə stadionunda baş tutan oyun 0:2 hesabı ilə yekunlaşıb

İdman
14 noyabr 2025 site.post.view
Robert Levandovskinin agenti “Fənərbağça” ilə potensial transfer mövzusunda görüş keçirib

Robert Levandovskinin agenti “Fənərbağça” ilə potensial transfer mövzusunda görüş keçirib

İdman
13 noyabr 2025 site.post.view
Vinisius Junior yaxın gələcəkdə klubunu tərk edə bilər

Vinisius Junior yaxın gələcəkdə klubunu tərk edə bilər

İdman
13 noyabr 2025 site.post.view
“Barselona” gələn yay Harri Keyni transfer etməyə çalışacaq

“Barselona” gələn yay Harri Keyni transfer etməyə çalışacaq

İdman
13 noyabr 2025 site.post.view
"Arsenal"a çox da əhəmiyyət vermirik" | “Mançester Siti”nin futbolçusundan iddialı açıqlama

"Arsenal"a çox da əhəmiyyət vermirik" | “Mançester Siti”nin futbolçusundan iddialı açıqlama

İdman
13 noyabr 2025 site.post.view
site.post.chosen_posts
icon