“Qarabağ” Avropa Liqasında tarixi oyuna çıxır
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ” komandası bu gün avrokuboklarda tarixi oyuna çıxır.
İlk dəfə olaraq Avropa liqasının pley-offuna yüksələn “köhlən atlar” “Braqa”nın qonağı olacaq.
“Munisipal” stadionunda keçiriləcək matçda Marko Veşoviç vərəqə cəzalısı olduğu üçün, Kevin Medina isə zədə səbəbindən təmsilçimizə kömək edə bilməyəcək. Meydan sahiblərindən isə Adrian Marin və Bruma zədəyə görə oyunu buraxırlar.
Qeyd edək ki, “Qarabağ” bu qarşılaşma ərəfəsində keçirdiyi son 2 oyunda qələbə qazana bilməyib. Əvvəlcə kubokda “Sabah”a 3-4 hesabı ilə uduzan Ağdam klubu daha sonra Premyer liqa görüşündə “bayquşlar”la heç-heçə edib. “Braqa” isə komandamızla matçdan əvvəl Portuqaliyanın ən köklü kollektivlərindən “Sportinq”ə 0-5 hesabı ilə məğlub olub.
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
