“Qarabağ” bizim səviyyədə deyil” demişdi, indi futboldan danışmağa üz tapmır
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ” klubu barəsindəki açıqlaması ilə Azərbaycanda gündəmə gələn Rumıniyanın FCSB klununun sahibi Gigi Bekali bir neçə gün futboldan danışmayacaq.
Qol.az xəbər verir ki, o, bu barədə komandasının UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şkendiya”ya evdəki məğlubiyyətdən sonra deyib.
O, komandasın uduzmasına əsəbi reaksiya verib.
Bekali məğlubiyyəti utancverici adlandırıb: “Bu ana qədər komanda mənə danışmağa imkan verirdi. Bundan sonra nə deyim? Komanda məni lağa qoyursa, danışmağa haqqım var?”.
FCSB-nin sahibinin sərt tənqidlərinin hədəfində isə komandanın kapitanı Adrian Şut olub. Bekali onu “havada gəzən” adlandıraraq, oyun boyu topdan qaçdığını və meydanda liderlik göstərmədiyini bildirib.
“Şut ancaq "TikTok"dadır, nə deyə bilərik? Bütün oyunu təkbaşına Vlad Kirikeş apardı. Halbuki bunu etməli olan Şut idi, o isə hər şeyi Kirikeşin üzərinə atdı. 36 yaşlı oyunçudan matçı udmasını gözləyirsən? Məncə, oyunun taleyi mərkəzdən həll olunur. Şut nə top qəbul edirdi, nə də rəqibdən top almaq üçün ayağını uzadırdı. Məncə, şəxsi həyatı ilə bağlı nəsə problem var, dəqiq bilmirəm. Amma meydanda topdan, futboldan gizlənirdi. Sakit və tərbiyəli oğlandır, amma çox “havada”dır”, – deyə Bekali “Digi Sport Special” nəşrinə açıqlamasında qeyd edib.
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
