“Qarabağ” “Braqa”nı qəbul edib
“Qarabağ” klubu Avropa liqasında tarixi görüşə çıxıb.
1/16 finalın ilk matçında “Braqa”nı 4-2 hesabı ilə məğlub edən komandamız rəqibini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edib. Oyunun ilk hissəsində qol olmayıb. 57-ci dəqiqədə Elvin Cəfərquliyev 2-ci sarı vərəqədən sonra meydandan uzaqlaşdırılıb.
Bundan sonra təzyiqi artıran “Braqa” 70 və 83-cü dəqiqələrdə fərqlənib. Əsas vaxt 2-0 hesabı ilə bitdiyindən və 2 görüşün nəticəsinə görə ümumi hesab 4-4 olduğundan əlavə 30 dəqiqə oynanılıb. Burada isə “Qarabağ”dan Mateuş Silva və Nəriman Axundzadənin toplarına “Braqa” Simon Banzanın 1 qolu ilə cavab verib.
Beləliklə, qarşılaşma “Braqa”nın 3-2 hesablı qələbəsi ilə bitsə də, iki matçın yekununda 6-5 hesabı ilə qalib gələn “Qarabağ” futbolumuz tarixində ilkə imza ataraq Avropa liqasının 1/8 finalına adlayıb.
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
