Pleyeri seçin:
“Qarabağ” klubu 11-ci dəfə Azərbaycan çempionu oldu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ” klubu 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib.
“Köhlən atlar” buna liqanın bitməsinə 8 tur qalmış nail olub.
Belə ki, Ağdam təmsilçisi 28-ci tur çərçivəsində "Kəpəz"lə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma “Qarabağ”ın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində dubl edən Olavio Juninyo ilə yanaşı, Julio Romao, Abbas Hüseynov, Elvin Cəfərquliyev və Redon Cica fərqlənib. "Kəpəz"in təsəlli qolunun müəllifi isə 90-cı dəqiqədə Latir Fal olub.
Beləliklə, bu qələbə sayəsində xallarının sayını 69-a yüksəldən ağdamlılar son 8 turun nəticəsindən asılı olmayaraq 11-ci dəfə Azərbaycan çempionu kimi adını tarixə yazdırıb.
Kopyalandı
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
