“Qarabağ“ klubu UEFA Çempionlar Liqasının təsnifat mərhələsində üç göstəricidə liderdir
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" klubu UEFA Çempionlar Liqasının təsnifat mərhələsində üç göstəricidə liderdir.
Azərbaycan çempionu hazırda turnirdə ən çox qol vuran komandadır. "Köhlən atlar" keçirdiyi beş qarşılaşmada 13 qola imza atıb.
İsveçin "Malmö" və Serbiyanın "Srvena Zvezda" kollektivləri 11 qolla 2 və 3-cü yerləri bölüşdürür.
Bundan əlavə, Azərbaycan çempionu topa ən çox sahib olan komandadır. Ağdamlılarda orta göstərici 62 faizə bərabərdir.
"Srvena Zvezda" 54 faizlə ikinci, Şotlandiyanın "Reyncers" klubu 52 faiz göstərici ilə üçüncüdür.
"Qarabağ" rəqibindən top almaqda da ilk sıradadır. Futbolçular 5 qarşılaşmada 42 dəfə buna nail olublar. Kiprin "Pafos" klubu ikincidir, onların göstəricisi 41-dir, Macarıstanın "Ferentsvaroş" komandası isə 39 göstərici ilə üçüncü olub.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə "Ferentsvaroş"a 3-1 hesabı ilə qalib gəlib.
#UEFA Çempionlar Liqası teqi istifadə olunub
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri
- Sərnişinlərin nəzərinə | Metroda sizi hansı dəyişiklik gözləyir? - Baku TV CANLI
- Çempionlar Liqasında ikinci turun ən maraqlı qarşılaşmaları - Baku TV
- Azərbaycan UEFA reytinqində irəlilədi | Yeni idman xəbərləri - Baku TV
