Pleyeri seçin:
“Qarabağ” klubunda gözlənilməz ayrılıq
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə vəzifəsindən ayrılıb. Bu barədə tanınmış jurnalistin özü Baku TV-yə məlumat verib.
“Bu məsələ ilə bağlı klub rəhbərliyinə müraciət etdim. Qarşılıqlı razılıq əsasında “Qarabağ”la yolları ayırdıq. Klubdakı 2 il 4 aylıq fəaliyyət mənim üçün böyük təcrübə oldu. İki çempionluq yaşadım, iki qrup mərhələsi, iki pley-off yaşadıq. “Qarabağ”ın tarix yazdığı oyunların bir parçası oldum. Biz “Qarabağ”la sadəcə rəsmiyyətdə yollarımızı ayırırıq. Bundan sonra da bağlılığımız qalacaq", – deyə o bildirib.
Kopyalandı
