“Qarabağ” klubunun dünya reytinqində mövqeyi dəyişdi
“Qarabağ” dünya klublarının reytinq siyahısında 12 pillə geriləyib.
Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytı məlumat yayıb.
Azərbaycan çempionu 507 komandanın olduğu cədvəldə 167,25 xalla 72-ci pillədə qərarlaşıb. Daha 2 təmsilçimiz – 18 mövqe itirən "Zirə" 94,25 xalla 219-cu, 12 sıra geriləyən "Sabah" isə 59,50 xalla 423-cü yerdədir. Siyahıya 414 xalla İspaniya nəhəngi “Real Madrid” başçılıq edir.
Qeyd edək ki, “Qarabağ” klubu ölkəmizi UEFA Avropa Liqasında təmsil edir. Ağdamlılar Liqa mərhələsi çərçivəsində “Tottenhem”, “Malmö”, “Ayaks” və “Budyo Qlimt” klubları ilə üz-üzə gəlib. “Mahmızlar”a və amsterdamlılara 0-3, “Malmö”yə isə 1-2 hesabı ilə məğlub olan “Qarabağ” “Budyo Qlimt”ə 1-2 hesabı ilə qalib gəlib.
Aktivində 3 xalı olan təmsilçimiz yarış cədvəlində 29-cu yerdədir. Əlavə edək ki, “köhlən atlar” növbəti turlarda Fransanın “Lion”, İsveçin “Elfsborq”, Yunanıstanın “Olimpiakos” və Rumıniyanın FCSB klubları ilə mübarizə aparacaq.
#Qarabağ FK teqi istifadə olunub
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
- Elvin Camalov "Qəbələ" ilə müqavilə imzalayacaq | Yeni idman xəbərləri - Baku TV
- Zubir "Qarabağ" azarkeşlərinə təşəkkür etdi | Yeni idman xəbərləri
- Koxalski “Qarabağ”dan niyə getdi? - Yeni idman xəbərləri - Baku TV
- Əməliyyatdan çıxan Elvin Cəfərquliyev barədə vacib məlumat | Yeni idman xəbərləri - Baku TV
