”Qarabağ”ın məşhur futbolçusu bu yay klubdan gedə bilər
“Qarabağ” komandasının aparıcı futbolçularından Marko Yankoviç klubdan gedə bilər.
Son xəbərlərə əsasən, monteneqrolu yarımmüdafiəçi Yunanıstanın məşhur klublarından “Panatinaikos”un transfer gündəmindədir.
İddia olunur ki, Markonun çıxışını diqqətlə izləyən Afina təmsilçisi bu yay onu heyətə qatmağa çalışacaq. Lakin keçidi reallaşdırmaq üçün ilk növbədə “köhlən atlar”la razılıq əldə etmək tələb olunur.
“Qarabağ” müqaviləsi 2027-ci ilədək olan Yankoviçin transferinə yalnız sərfəli təklif qarşılığında icazə verəcək.
Qeyd edək ki, daha əvvəl Xorvatiyanın “Dinamo Zaqreb” komandasının da diqqət mərkəzində olan Marko 2022-ci ildən Ağdam klubundadır. 125 min avroya İsrailin “Hapoel Təl-Əviv” kollektivindən cəlb olunan futbolçu indiyədək 120 görüşə çıxıb. Bu matçlarda 8 qol və 14 assistlə yadda qalan Yankoviç “Qarabağ”la Azərbaycan çempionatının ikiqat qalibidir.
#Qarabağ FK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- UEFA Konfrans Liqasının liqa mərhələsinin ilk oyunları keçirilib - Baku TV
- Mateuş Koxalski "Qarabağ"dan ayrılması barədə danışıb
- Şahmat Olimpiadasında qadın millimiz Çexiyaya qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
