Qərara əsəbiləşən futbolçular hakimə hücum etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu kadrlar Küveyt çempionatının “Əl-Nasir” – “Əl-Salmiya” matçından sonra qeydə alınıb.
Oyun ərzində referinin yalnış qərar verdiyini iddia edən “Əl-Nasir” oyunçuları görüşdən sonra hakimə hücum ediblər.
Referi isə onların bu hərəkətini cavabsız qoymayaraq futbolçularla əlbəyaxa olub. Lakin təhlükəsizlik əməkdaşları onları ayırmağı bacarıblar. Xatırladaq ki, oxşar hadisələr bir müddət əvvəl Türkiyə çempionatında da baş verib.
Super Liqada “Ankaragücü” – “Çaykur Rizespor” matçından sonra Ankara klubunun prezidenti Faruk Koca baş hakim Halil Umut Meleri döyüb. Onun yanında olan şəxslər isə referini təpikləyiblər. Bu insidentdən sonra saxlanılan Faruk Koca ömürlük futboldan uzaqlaşdırılıb.
Türkiyənin həvəskarlar liqasında isə “Kumçatıspor” və “Cizre Diclespor” komandalarının görüşündən sonra “Kumçatıspor”un oyunçularından biri hakimə hücum edib. Nəticədə referinin burnu sınıb.
#Küveyt teqi istifadə olunub
- Küveyt Britaniyadan 489 milyon dollarlıq HHM sistemi alacaq
- Küveytdə qalmaq üçün 10 illik hüquq yaradıldı
- Bəhreyn və Küveyt İrana gizli zərbələr endiriblərmiş
- İran Küveytdə hərbi obyektlərə dron zərbəsi endirib, yaralılar var
- Yaxın Şərqdə vəziyyət gərginləşir | Hədəfdə hansı ölkələrdir? - Baku TV CANLI
