Pleyeri seçin:

Qeyri-adi fəndi ilə dünyada tanınan gimnastımız Tofiq Əliyev "Baku TV"yə müsahibə verdi

04 fevral 2026 618 baxış

“Uşaq vaxtı çox hərəkətli olduğuma görə valideynlərim məni məşğuliyyət olsun deyə gimnastikaya gətirdilər. Üstəlik, babamın da arzusu idi ki, nəvələrindən kimsə gimnast olsun”.

Bu sözləri Baku TV-yə müsahibəsində qeyri-adi fəndi ilə dünyada tanınan azərbaycanlı gimnast Tofiq Əliyev deyib.

İdmançı tarixi qərar verdiyi məqamdan danışıb:

“Bəzən elə anlar olur ki, insan qızıl medal deyil, tarix yazmağı seçir. Biz məşqçimlə məhz bunu seçdik. Təsnifat mərhələsi bitdikdən sonra birinci pillədə idim. Dincəlmə otağında baş məşqçimiz Adil Hüseynzadəyə dedim ki, “triple flow”, yəni üçlü vint və üçlü salto etmək istəyirəm. O, əvvəlcə zarafat etdiyimi düşündü, amma nə qədər ciddi olduğumu görüb razılaşdı”.

Gimnast qərarından geri dönmədiyini vurğulayıb:

“Hətta dördüncü yerdə olan ingilis rəqibimə uduzsaydım, bürünc medal uğrunda mübarizə aparsaydım belə, yenə bu cəhdi edəcəkdim. Nəticənin qızıl və ya gümüş olması qərarımı dəyişmirdi. Adil müəllim fasilə zamanı Texniki Komitə ilə əlaqə saxlayıb elementin çətinlik balını dəqiqləşdirdi və məlum oldu ki, bu hərəkət üçün 11,1 bal verilir. Bu isə rekord göstərici idi”.

Onun sözlərinə görə, həmin element daha əvvəl cədvələ belə daxil edilməmişdi:

“Üçlü salto və üçlü vint heç vaxt rəsmi siyahıya salınmamışdı, çünki heç kimin bunu edə biləcəyinə inanmırdılar. Məşqlərdə iki dəfə sınaqdan keçirmişdim, amma üzərindən dörd ay keçmişdi. Finalda nəticədən asılı olmayaraq bunu edəcəyimə qərar verdim”.

Tofiq Əliyev həmin tarixi anı belə xatırlayır:

“Superfinalda Adil müəllim mənə baxıb “edirsən?” deyə soruşdu. Mən də razılığımı bildirdim. Videoda bu element bir saniyədən də az çəkir, amma biz onu anbaan yaşayırıq. Hər dövrədə öz-özümə “bir az da qaldı, döz, davam et” deyirdim. Çünki bir anlıq diqqətini itirsən, hər şey uğursuz ola bilər”.

Kopyalandı
Banner
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - Baku TV

Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - Baku TV

İdman
06 oktyabr 2026 618 baxış
Fransa millisi Belçikaya böyük hesabla qalib gəldi

Fransa millisi Belçikaya böyük hesabla qalib gəldi

İdman
06 oktyabr 2026 618 baxış
Dünya çempionatının üçüncü günü cüdoçularımız üçün nə ilə yadda qaldı? - Baku TV

Dünya çempionatının üçüncü günü cüdoçularımız üçün nə ilə yadda qaldı? - Baku TV

İdman
06 oktyabr 2026 618 baxış
Cüdo üzrə dünya çempionatı necə davam edir? - Yaddaqalan anlar - Baku TV

Cüdo üzrə dünya çempionatı necə davam edir? - Yaddaqalan anlar - Baku TV

İdman
06 oktyabr 2026 618 baxış
Azərbaycan Millisi ilk qələbəsini qazandı | Ayxan Abbasov oyunla bağlı sualları cavablandırdı

Azərbaycan Millisi ilk qələbəsini qazandı | Ayxan Abbasov oyunla bağlı sualları cavablandırdı

İdman
05 oktyabr 2026 618 baxış
Bakıdakı dünya çempionatında təmsilçilərimiz üçün çətin gün yaşandı - Baku TV

Bakıdakı dünya çempionatında təmsilçilərimiz üçün çətin gün yaşandı - Baku TV

İdman
05 oktyabr 2026 618 baxış
Joze Mourinyo braziliyalı oyunçunu ehtiyatda saxlayacaq?

Joze Mourinyo braziliyalı oyunçunu ehtiyatda saxlayacaq?

İdman
05 oktyabr 2026 618 baxış
Dünya çempionluğu uğrunda yarışan cüdoçular Bakı tatamisində üz-üzə gəlirlər - Baku TV

Dünya çempionluğu uğrunda yarışan cüdoçular Bakı tatamisində üz-üzə gəlirlər - Baku TV

İdman
05 oktyabr 2026 618 baxış
Cüdo üzrə dünya çempionatında Əhməd Yusifov Azərbaycana qızıl medal qazandırdı - Baku TV

Cüdo üzrə dünya çempionatında Əhməd Yusifov Azərbaycana qızıl medal qazandırdı - Baku TV

İdman
05 oktyabr 2026 618 baxış
Ən yüksək məvacib alan milli məşqçiləri bəlli oldu | Yeni idman xəbərləri - Baku TV

Ən yüksək məvacib alan milli məşqçiləri bəlli oldu | Yeni idman xəbərləri - Baku TV

İdman
04 oktyabr 2026 618 baxış
Seçilmişlər
icon