"Braqa" - "Qarabağ" oyunu ilə bağlı yeni məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Avropa Liqasının 1/16 final mərhələsində keçiriləcək "Braqa" – "Qarabağ" matçının hakimləri açıqlanıb.
Braqa şəhərinin “Estadio Munisipal” stadionunda baş tutacaq görüşü danimarkalı Morten Kroq idarə edəcək. Ona bu qarşılaşmada Vollenberq Rasmussen və Steffen Bramsen kömək edəcəklər.
Maraq üçün deyək ki, Morten Kroq artıq 3-cü dəfədir ki Ağdam klubunun matçına təyinat alır. O, daha əvvəl 2018/19-cu illər mövsümündə Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın “Arsenal”la görüşündə köməkçi hakim olub. 2021/22-ci illər mövsümündə isə Konfrans Liqasının qrup mərhələsində “Omoniya” ilə qarşılaşmada əsas referi funksiyasını yerinə yetirib.
Əlavə edək ki, fevralın 15-i keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:55-də start götürəcək. Tərəflər arasında cavab görüşü isə fevralın 22-si Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
#UEFA Avropa liqası teqi istifadə olunub
- “Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşdi | Yeni idman xəbərləri - Baku TV
- “Qarabağ” Avropa Liqasında gücünü göstərdi | Mərakeş niyə Fransadan qisas ala bilmədi? - Baku TV
- Fransa Mərakeşi məğlub edərək yarımfinala yüksəldi | Yeni idman xəbərləri
- Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - Baku TV
- “Qarabağ”ın Avroliqadakı oyunları barədə vacib məlumat | Yeni idman xəbərləri - Baku TV
