"Çelsi" - "Mançester Siti" matçında 8 qol vuruldu
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərə Premyer liqasında 12-ci turun mərkəzi görüşü “Çelsi” və “Mançester Siti” arasında olub.
“Stemford Bric” stadionunda keçirilən və 8 qolun qeydə alındığı matç dramatikliyi ilə diqqət çəkib.
Oyunda hesab 25-ci dəqiqədə açılıb. Erlinq Holand 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Ancaq “şəhərlilər”in sevinci çox çəkməyib. 4 dəqiqə sonra Tiaqo Silva tarazlığı bərpa edib. Bir qədər sonra isə Rahim Sterlinq londonluları irəli çıxarıb. 2-1.
Bununla belə mankunianlar fasilə ərəfəsində bərabərlik qolunu vurmağı bacarıblar. Manuel Akancinin başla zərbəsi dəqiq alınıb. İlk hissə 2-2 hesabı ilə yekunlaşıb. 2-ci yarıya “Siti” qolla başlayıb. Holand dublunu rəsmiləşdirib. 67-ci dəqiqədə Nikolas Cekson “zadəganlar”ın hücumunu qolla tamamlayıb. 3-3.
86-cı dəqiqədə Rodri qonaqları yenidən irəli çıxarsa da, Quardiolanın futbolçuları üstünlüyü qoruya bilməyiblər. Əsas vaxta artırılan dəqiqələrdə Koul Palmer penaltidən fərqlənərək komandasını məğlubiyyətdən xilas edib. “Çelsi” – “Mançester Siti”: 4-4.
Turu xal itkisi ilə başa vurmasına baxmayaraq “Siti” 28 xalla liderliyini davam etdirir. 16 xalı olan “Çelsi” isə 10-cu pillədə qərarlaşıb.
#Çelsi FK teqi istifadə olunub
- “Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri
- “Real”ın 2 futbolçusu “Çelsi”yə gedə bilər? - Yeni idman xəbərləri - Baku TV
- “Çelsi” Xabi Alonso ilə danışıqlara başlayıb | Yeni idman xəbərləri
- "Mançester Siti" və "Çelsi"də gözlənilməz ayrılıq olacaq? - Yeni idman xəbərləri - Baku TV
- 18 yaşlı futbolçu ilə digər top klublar da maraqlanır
