Pleyeri seçin:

"Çelsi" və "Atletiko Madrid"in görüşlərində 7 qol vurulub

09 dekabr 2024 483 baxış

İngiltərə Premyer liqasında 15-ci turun mərkəzi oyunu “Tottenhem” və “Çelsi” arasında London derbisi olub.

“Tottenhem Hotspur Stedium”da keçirilən matçda azarkeşlər 7 qol görüblər. Qarşılaşmaya yaxşı başlayan meydan sahibləri 11-ci dəqiqəyədək 2 top vurublar. Əvvəlcə Dominik Solanke, bir qədər sonra Deyan Kuluşevski “zadəganlar”ın qapısına yol tapıb. Fasiləyədək “Çelsi” qollardan birinin əvəzini çıxıb. Ceydon Sanço fərqlənib.

2-ci yarıda isə qonaqlar dönüş ediblər. 1 saatın tamamında Koul Palmer 11 metrlik cərimə zərbəsindən tarazlığı bərpa edib. Bir qədər sonra Entso Fernandes komandasına üstünlük qazandırıb. 84-cü dəqiqədə penaltini növbəti dəfə dəqiq yerinə yetirən Palmer hesabı 4-2 edib. Əsas vaxta artırılan dəqiqələrdə Son Hön-Min fərqi azaltsa da, “mahmızlar” bundan artığını bacarmayıb. “Tottenhem” – “Çelsi”: 3-4.

Bu qələbə ilə xallarının sayını 31-ə çatdıran “zadəganlar” 2-ci pilləyə qalxıb. London təmsilçisi lider “Liverpul”dan 4 xal geri qalır.

Eyni hesab La liqada “Atletiko” və “Sevilya” klublarının oyununda da qeydə alınıb. Madrid kollektivi 16-cı turun matçında Rodriqo De Paulun topu ilə hesabı açsa da, Əndəlüs komandası Dodi Lukebakio və İsaak Romeronun qolları ilə ilk hissəni irəlidə tamamlayıb.

57-ci dəqiqədə Xuanlu Sançez fərqi artırsa da, “Atletiko” ruhdan düşməyib. Antuan Qrizmanın dublu və Samuel Lionun qolu meydan sahiblərinə yekunda 4-3 hesablı qələbəni gətirib. 35 xalla 3-cü yerdə olan paytaxt klubu 2-ci pillədəki “Real”dan 1, lider “Barselona”dan isə 3 xal geri qalır.

Banner
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 483 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 483 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 483 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 483 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 483 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 483 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 483 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 483 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 483 baxış
Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

İdman
26 oktyabr 2026 483 baxış
Seçilmişlər
icon