"Neftçi" bu futbolçunun müqaviləsini uzatmadı
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” komandası Eddi İsrafilovla yollarını ayırıb.
Bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, klub Eddinin bu yay başa çatan müqaviləsinin uzadılmamasına qərar verib.
Xatırladaq ki, Eddi İsrafilov 2022-ci ilin yanvarından “Neftçi”nin şərəfini qoruyurdu. Azad agent kimi kollektivə qoşulan 31 yaşlı yarımmüdafiəçi bu müddət ərzində 71 matçda iştirak edib. Sözügedən qarşılaşmalarda 7 qol vuran E.İsrafilov həm də 2 məhsuldar ötürmə müəllifidir.
Maraq üçün deyək ki, Eddi İsrafilov 2015-ci ildən Azərbaycan millisinə də dəvət olunur. Yığmamızın forması ilə 26 matça çıxan Eddi aktivinə qol yaza bilməyib.
Əlavə edək ki, Eddi İsrafilov daha əvvəl karyerası ərzində İspaniyanın “Mursiya”, “Qranada”, “Eybar”, “Kordova”, “Kadis”, “Ximnastik”, “Alkorkon” və “Albasete” klublarında top qovub.
#Neftçi PFK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
- Filippe Koutinyo “Santos”da Neymarın komanda yoldaşı oldu
