"Neftçi" Kenni Sayefin klubdan getdiyini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Kenni Sayef “Neftçi”dən ayrılıb.
Paytaxt təmsilçisi bu barədə rəsmi məlumat yayıb. Bildirilib ki, Kenni şəxsi səbəblərə görə klubdakı karyerasını başa vurmalı olub.
K.Sayefə göstərdiyi xidmətə təşəkkür edən “Neftçi” futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Kenni Sayef ötən ilin yayından “ağ-qaralar”ın şərəfini qoruyurdu. İsrail əsilli oyunçu bu müddət ərzində bütün yarışlarda 59 matçda meydana çıxıb. Qatıldığı görüşlərdə 10 qol vuran 29 yaşlı yarımmüdafiəçi 13 məhsuldar ötürmə ilə diqqət çəkib.
Maraq üçün deyək ki, K.Sayef daha əvvəl karyerası ərzində İsrailin “Hapoel Hayfa”, “Kiryat Şimona” və “Aşdod”, Belçikanın “Gent” və “Anderlext”, ABŞ-nin “Sinsinnati” və Polşanın “Lexiya” klublarında top qovub. 2017-2018-ci illərdə ABŞ millisinə də çağırılan Kenniyığmada 4 oyun keçirsə də, qol vurmayıb.
#Neftçi PFK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
- Filippe Koutinyo “Santos”da Neymarın komanda yoldaşı oldu
