Pleyeri seçin:
"Neftçi" klubu bu futbolçu ilə vidalaşdı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” klubu qış fasiləsində ilk ayrılığı reallaşdırıb. “Ağ-qaralar” macarıstanlı futbolçu Mark Tamaşla yollarını ayırıb.
Bu barədə klubun rəsmi sosial media hesablarında məlumat paylaşılıb.
Bildirilib ki, 31 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub ona göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Mark Tamaş 2023-cü ilin yayından “Neftçi”də forma geyinirdi. Bu müddət ərzində 39 matçda meydana çıxan Mark 3 məhsuldar ötürmə müəllifi olsa da, qol vurmayıb. Onun paytaxt klubu ilə müqaviləsi bu ilin yayına qədər idi.
Kopyalandı
