"Neftçi" klubu ölkə kubokunun ikiqat qalibi ilə anlaşıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” futbol klubunun məşqçilər korpusuna daha bir təyinat reallaşıb.
Komandanın sosial şəbəkə hesabında verilən məlumata əsasən, baş məşqçi Adrian Mutunun seçimi və təqdimatı əsasında Sənan Qurbanov köməkçi məşqçi vəzifəsinə gətirilib.
Bildirilib ki, 43 yaşlı mütəxəssis “ağ-qaralar”la 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Sənan Qurbanov baş məşqçi kimi Azərbaycan Kubokunda 2 dəfə qələbə qazanıb. S.Qurbanovun rəhbərliyi ilə 2018-19-cu illər mövsümündə “Qəbələ”, 2020-21-ci illər mövsümündə isə “Keşlə” kollektivi ölkə kubokunda qalib gəlib.
Əlavə edək ki, Adrian Mutunu baş məşqçi postuna gətirən “Neftçi” həm də yeni futbolçularla güclənib. Klub MLS liqasından Andre Şinyaşikini heyətinə qatmaqla yanaşı, Filip Ozobiç, Qara Qarayev, Emil Balayev və Ervin Koffi kimi tanınmış oyunçuları komandaya gətirib.
#Neftçi PFK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
- Filippe Koutinyo “Santos”da Neymarın komanda yoldaşı oldu
