"Neftçi" klubu "Turan Tovuz"la qarşılaşıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” komandası Azərbaycan çempionatında 32-ci turun matçında “Turan Tovuz”la qarşılaşıb.
“Neftçi Arena”da keçirilən görüşdə hesabı meydan sahibləri açıblar. 15-ci dəqiqədə Filip Ozobiç “ağ-qaralar”ı irəli çıxarıb. 1 saatın tamamında paytaxt təmsilçisi 11 metrlik cərimə zərbəsi qazanıb. Penaltini Yuri Matias dəqiq yerinə yetirib: 2-0.
İlk hissə bu hesabla yekunlaşıb. Fasilədən sonra qonaqların fərqi azaltmaq cəhdləri nəticəsiz qalıb. 63-cü dəqiqədə isə Tovuz klubunun üzvü Bruno birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
70-ci dəqiqədə “Turan”ın qapısına daha bir penalti təyin olunub. Rəhman Hacıyevin qolu həm də yekun nəticəni müəyyənləşdirib. “Neftçi” – “Turan Tovuz”: 3-0.
Bu qələbədən sonra 50 xalı olan “Neftçi” kollektivi “Sumqayıt”la 2-ci, 3-cü yerləri bölüşdürür.
Qeyd edək ki, Bakı komandası növbəti turda “Qarabağ”la qarşılaşacaq. Bu oyun mayın 4-də keçiriləcək.
#Neftçi PFK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
- Filippe Koutinyo “Santos”da Neymarın komanda yoldaşı oldu
