"Neftçi" klubunun yeni baş icraçı direktoru açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” klubunda baş icraçı direktor postuna yeni təyinat baş tutub. Bu vəzifə türkiyəli funksioner Cenk Sümerə tapşırılıb.
Vaxtilə “Beşiktaş”ın idarəetmə sistemində işləyən mütəxəssis İstanbul nəhəngində yenidənqurma və inkişaf, futbol idarəçiliyi, marketinq və biznesin inkişafı departamentlərində rəhbər vəzifələrdə fəaliyyət göstərməklə yanaşı, klubun vitse-prezidenti vəzifəsini tutub.
Həm idman, həm menecment sahələrində zəngin təcrübəyə malik Cenk Sümer “Neftçi”də əsasən strateji idarəetmə ilə məşğul olacaq. Onun qarşısına qoyulan tapşırıqlar klubun idarəetmə sisteminin təkmilləşdirilməsi, islahatların sürətləndirilməsi, eləcə də “Neftçi”nin strukturunun optimallaşdırılmasıdır.
Qeyd edək ki, “Neftçi” klubunda həm də yeni Müşahidə Şurası təsdiqlənib. Şuranın sədri Hafiz Zeynalov, üzvləri isə Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədova seçiliblər.
#Neftçi PFK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
- Filippe Koutinyo “Santos”da Neymarın komanda yoldaşı oldu
