"Neftçi" Konfrans Liqasında növbəti oyununu keçirdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” klubu UEFA Konfrans liqasının II təsnifat mərhələsini uğurla keçib.
“Ağ-qaralar” Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”ı 2-0 hesabı ilə məğlub edərək buna nail olub. Matçda hesab 20-ci dəqiqədə açılıb. Kenni Sayef fərqlənərək komandasının ilk qoluna imza atıb.
Bununla da paytaxt təmsilçisi fasiləyə minimal üstünlüklə yollanıb. 2-ci hissənin 68-ci dəqiqəsində isə “ağ-qaralar” fərqi 2-yə yüksəldib. Bu dəfə Eddi İsrafilov rəqibi məyus edib. Bundan sonra qapılar önündə qol şansları yaransa da, nəticə dəyişməyib. “Flaqman” 2-0 hesablı qələbə qazanaraq III təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, “Neftçi” bu raundda “Beşiktaş” klubu ilə üz-üzə gələcək. “Ağ-qara”lı kollektivlər arasında ilk oyun avqustun 10-u Türkiyədə keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Bakıda baş tutacaq.
#Neftçi PFK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
- Filippe Koutinyo “Santos”da Neymarın komanda yoldaşı oldu
