"Neftçi" növbəti uğuru ilə gündəmdə | Yeganə komandadır ki... - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi"nin heyətində qol vuran futbolçuların sayı 200-ə çatıb.
Peşəkar Futbol Liqası xəbər verir ki, İqor Ribeyro Bakı klubunun heyətində Azərbaycan çempionatlarında ilk qoluna imza atıb.
Braziliyalı müdafiəçi Azərbaycan Premyer Liqasının XVIII turunda "Araz-Naxçıvan"la görüşdə (4:0) sabiq komandasının qapısına yol tapıb.
İ.Ribeyro Azərbaycan çempionatları tarixində "Neftçi"nin heyətində rəqib qapısına qol vuran 200-cü futbolçu olub. Cari mövsümün startına qədər 194 oyunçu bunu bacarmışdısa, cari çempionatda İqora qədər daha 5 futbolçu – Alesio Kurçi, Freddi Varqas, İmad Faraj, İfeanyi Metyu və Vensan Abubakar da bu siyahıya daxil olub.
"Neftçi" Azərbaycan çempionatlarının yüksək liqasında ən çox futbolçusu qol vuran komandadır. Hazırda heç bir digər klubun 200 oyunçusu fərqlənməyib.
Qeyd edək ki, "ağ-qaralar"ın ilk qolunu 1992-ci il mayın 8-də "Xəzər"in (Sumqayıt) qapısına Yunis Hüseynov vurub. 200 nəfərlik siyahıya isə 99 qol vuran Samir Ələkbərov başçılıq edir.
#Neftçi PFK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
- Filippe Koutinyo “Santos”da Neymarın komanda yoldaşı oldu
