"Neftçi" ölkə kubokunda növbəti oyununu keçirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” komandasının Azərbaycan Kubokunda növbəti matçının vaxtı açıqlanıb.
Yarımfinalda “Sabah”a rəqib olan “ağ-qaralar” mərhələnin ilk görüşünü doğma meydanda keçirəcək. Aprelin 2-si “Neftçi Arena”da baş tutacaq qarşılaşmaya saat 19:30-da start veriləcək.
Qeyd edək ki, “Neftçi” daha əvvəl ölkə Kubokunun 1/8 finalında “Difai”, 1/4 finalda isə “Kəpəz”dən güclü olub. Gəncə təmsilçisi ilə ilk oyunda 2-0 hesablı qələbə qazanan paytaxt komandası cavab matçında 1-0 hesabı ilə qalib gəlib.
Bu qarşılaşmadan əvvəl isə “ağ-qaralar” Premyer Liqada “Sumqayıt”ı məğlub edib. “Neftçi”nin stadionunda keçirilən 24-cü turun görüşündə meydan sahibləri 3 xalı Filip Ozobiçin yeganə qolu sayəsində aktivinə yazıb. Bu nəticədən sonra 27 xalı olan komanda çempionatda 6-cı yerdədir.
#Neftçi PFK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
- Filippe Koutinyo “Santos”da Neymarın komanda yoldaşı oldu
