Pleyeri seçin:

"Neftçi" PFK "Palms Sports" ilə önəmli sponsorluq müqaviləsi imzaladı

07 fevral 2025 368 baxış

Fevralın 7-si “Neftçi” Peşəkar Futbol Klubu və “International Holding Company”yə məxsus olan “Palms Sports” arasında 5 illik sponsorluq müqaviləsi imzalanıb.

Tədbirdə “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer, klubun İdarə Heyətinin üzvü Emin Əmrullayev, habelə “Palms Ports”un icraçı direktoru Fouad Darviş iştirak ediblər.

2025-2030-cu illəri əhatə edən sponsorluq müqaviləsinə əsasən, “Palms Sports” “Neftçi Arena” və “Neftçi” Futbol Mərkəzinin adlandırma hüquqlarını əldə edib. Yeni adlar tərəfdaşların ortaq qərarı ilə müəyyən edildikdən sonra xəritələr və naviqasiya əlavələri ilə bütün rəsmi platformalarda yenilənəcək.

Bundan başqa, növbəti mövsümün startından 2030-cu ilədək bütün rəsmi və yoldaşlıq oyunlarında “Neftçi”nin A komandasının formalarının üzərində “Palms Sports”un loqolarından biri yerləşdiriləcək. Loqolar oyun formalarından əlavə, məşq ləvazimatlarında və azarkeş məhsullarında da istifadə olunacaq.

Bu sponsorluq müqaviləsi yalnız “Neftçi” PFK-nın maliyyə davamlılığını artırmayacaq, həmçinin klubun beynəlxalq miqyasda daha çox tanınmasına kömək edəcək.

Qeyd edək ki, “International Holding Company” şirkətinin bir müəssisəsi olaraq 2011-ci ildə yaradılan və mərkəzi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən “Palms Sports” idman menecmenti və təlim şirkətidir. 

Banner
Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

Bakının ev sahibliyi etdiyi mundialda Azərbaycan millisi növbəti oyununu keçirib - Baku TV

İdman
28 oktyabr 2026 368 baxış
“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

“Çelsi”nin hücumçusu zədə aldı | Yeni idman xəbərləri

İdman
28 oktyabr 2026 368 baxış
Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

Şəhərimizə gələn turistlər öz təəssüratlarını Baku TV-yə danışdılar - Baku TV

İdman
28 oktyabr 2026 368 baxış
Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

Bundesliqa tarixində tarixi hadisə | Harri Keyn zirvəni necə fəth etdi? - Baku TV

İdman
28 oktyabr 2026 368 baxış
Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

Avropa çempionatında qələbə sevinci | İdmançılarımız zirvəyə necə yüksəldi? - Baku TV

İdman
27 oktyabr 2026 368 baxış
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 368 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 368 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 368 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 368 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 368 baxış
Seçilmişlər
icon