"Neftçi" Premyer Liqanın 25-ci turunda "Qarabağ"la qarşılaşıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Premyer liqasında 25-ci tura “Neftçi” – “Qarabağ” görüşü ilə yekun vurulub.
“Neftçi Arena”da keçirilən oyunun ilk hissəsində təhlükəli vəziyyətlər yaransa da, fasiləyədək qol olmayıb.
İkinci yarıya yaxşı başlayan qonaqlar Nəriman Axundzadənin topu ilə 47-ci dəqiqədə hesabı açıblar. 1 saatın tamamında Toral Bayramov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib: 2-0.
71-ci dəqiqədə “ağ-qaralar”ın üzvü Filip Ozobiç fərqi azaltsa da, meydan sahibləri bundan artığını bacarmayıblar. Əsas vaxta artırılan dəqiqələrdə isə “köhlən atlar” daha 2 qol vurublar. Dubl edən Toral Bayramovla yanaşı, Leandro Andrade qapını dəqiq nişan alıb.
Qarşılaşma “Qarabağ”ın 4-1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra 60 xalı olan “Qarabağ” liderliyini davam etdirir. “Neftçi” isə 36 xalla 2-ci yerdədir.
#Azərbaycan Premyer Liqası teqi istifadə olunub
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
- Azərbaycan cüdoçuları Avropa çempionatından 5 medalla qayıtdı - Baku TV
- Coy-Lens Mikels Premyer Liqanın ən məhsuldar legioneri oldu
- Azərbaycan Premyer Liqasının III turunda nələr yaşandı? - Yeni idman xəbərləri - Baku TV
- Son çempion "Çorum"la bacara bilmədi | Yeni idman xəbərləri - Baku TV
