"Neftçi"dən baş məşqçi ilə bağlı qərar
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” klubu baş məşqçisi Miodraq Bojoviçlə yollarını ayırıb.
Bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Klub rəhbərliyi 55 yaşlı mütəxəssislə müqavilə müddətinin uzadılmamasına qərar verib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, M.Bojoviçin komandadan göndərilməsinə əsas səbəb “Neftçi”nin çempionatın son turunda “Sabah” kollektivinə 0-1 hesabı ilə məğlub olaraq avrokuboklardan kənarda qalmasıdır.
Xatırladaq ki, Miodraq Bojoviç ötən ilin sonundan “Neftçi”yə rəhbərlik edirdi. O bu postda rumıniyalı Adrian Mutunu əvəz etmişdi. Bu müddət ərzində M.Bojoviçin rəhbərliyi ilə 23 matça çıxan “ağ-qaralar” 10 dəfə qələbə qazanıb, 5 bərabərlik əldə edib, 8 dəfə isə məğlubiyyətlə üzləşib.
#Neftçi PFK teqi istifadə olunub
- “Qarabağ” və “Neftçi” arasında keçirilən matçda 6 qol vurulub - Baku TV
- Ronaldu qol vurdu, “Əl-Nəsr” “Neftçi”yə qalib gəldi | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” və “Neftçi” arasındakı matçın nəticələri necə oldu? - Yeni idman xəbərləri - Baku TV
- APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV
- Filippe Koutinyo “Santos”da Neymarın komanda yoldaşı oldu
